Quterreş ikinci müddətə BMT-nin Baş katibi təyin edildi

BMT Baş Assambleyasının bu gün keçirilmiş iclasında Antonio Quterreş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
Qərarı BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.