G7 zirvəsində Makronla Consonun mübahisəsi düşdü, məsələ böyüdü


İngiltərənin Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makronun G7 sammiti zamanı Brexit mövzusunda mübahisəsi düşüb.


"The Telegraph" bu haqda hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Conson İngiltərənin AB-dən çıxması ilə əlaqədar Şimali İrlandiya ilə danışıqlar apardığını və Makrondan Tuluzadan sosislərin Parisə gətirilməməsi halında nə edəcəyini soruşub. Makron Paris ilə Tuluza eyni ölkədə olduqları üçün müqayisənin səhv olduğunu deyib. Qəzetin yazdığına görə, Fransa prezidenti "səhvən Şimali İrlandiyanın İngiltərənin bir hissəsi olmadığını təxmin edib".

Conson köməkçiləri ilə söhbətində Makronun şərhindən təəccübləndiyini deyib, sonra Sky News ilə söhbətində vəziyyətə eyham vurub və bəzi liderlərin Britaniyanın vahid bir ölkə olduğunu "qafalarına taxmaları"nın lazım olduğunu söyləyib.

Eyni zamanda, Reuters Fransız diplomatik korpusundakı bir mənbəyə istinadla yazır ki, Conson sammit zamanı "diqqəti real problemlərdən yayındırmaq” üçün Brexit məsələsindən istifadə edib.

France24 mənbəsinə istinadən xəbər verib ki, şənbə günü Makron Consona ölkələri arasındakı münasibətləri "yenidən qurmağın" lazım olduğunu bildirib. Eyni zamanda, Fransa lideri bunun İngiltərənin "Avropalılara verdiyi sözə əməl etməsi" vəziyyətində mümkün olacağını, Londonun Brexit razılaşmasının bütün şərtlərini yerinə yetirməsini nəzərdə tutduğunu vurğulayıb.

G7 Zirvəsi Kornüeldə keçirilib. Ölkələrin liderləri koronavirus və iqlim dəyişikliyi ilə mübarizə, Rusiya və Çin ilə münasibətləri müzakirə ediblər. Nəticədə yoxsul ölkələrə 2,3 milyard doza COVID-19 peyvəndi ayırmaq, eyni zamanda dərman istehsalını və tədarükünü sürətləndirmək qərarı qəbul edilib, Rusiya ilə sabit münasibətlərdə maraqlı olduqları bildirilib və karbon emissiyalarını 2050-dən gec olmayaraq sıfır həddinə kimi azaltmaq qərarı verilib. (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu