Sakinlərin etiraz etdiyi tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə veribmiş - AÇIQLAMA


Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə “Yeni inşaat-2017” MMC tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinə dair planlaşdırma sənədi şəhərsalma və tikinti normalarına uyğunluğu yoxlanılaraq təsdiq edilib.


Bunu AFN-ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirib. Onun sözlərinə görə, tikintiyə icazə icraatı çərçivəsində aidiyyəti dövlət qurumlarının rəyləri nəzərə alınmaqla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 04.05.2021-ci il tarixində binanın tikintisinə icazə verilib: "Layihəyə əsasən, sifarişçi “Yeni inşaat-2017” MMC qeyd edilən ünvanda qanunvericiliyin tələblərinə uyğun olaraq 2 girişli, 10 mərtəbəli binanın inşasını həyata keçirəcək".

Qeyd edək ki, həmin ünvanda yerləşən "Main" Yaşayış Kompleksinin sakinləri redaksiyamıza müraciət edərək binalarının həyətində əlavə bina tikintisinin başlamasından narahatlıqlarını dilə gətirmişdilər. Sakinlərin sözlərinə görə, ərazidə sürüşmə təhlükəsi var və yeni bir binanın tikintisi təhlükəni daha da artırır. Əvvəlki yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

Sürüşmə zonasında bina tikilir? – “Yeni İnşaat” MMC-nin adı hallanır



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu