2021-ci ilin ilk Ay tutulması başladı


2021-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb.


Tutulma tam Ay tutulmasıdır. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, saat 13:44:57-də başlayan Ay tutulması saat 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu