İlin ikinci Günəş tutulması başlayıb


İlin ikinci Günəş tutulması hadisəsi başlayıb.


Təbiət hadisəsi halqavari Günəş tutulmasıdır.

Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

Təbiət hadisə Bakı vaxtı ilə saat 19:03:45-də başlayıb, oktyabrın 15-i saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Təbii hadisə 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və saat 23:48:56-da qurtaracaq. Bu proses 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək.

Təbii hadisə Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu