Başına daş düşərək ölən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı


Bakıda binanın fasadında başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanıb.



AFN-in məlumatına görə, Səbail rayon prokurorluğundan bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu