Açıq havada maska taxmaqla bağlı YENİ AÇIQLAMA - RƏSMİ
"Vaksinasiya olunmaq heç də həmin infeksiyadan digər qorunmaq vasitələrindən imtina etmək və ya inkar etmək mənasını daşımır. Hazırda maska rejimi, sağlam məsafə və digər gigiyenik prosedurların olması məcburidir və mütləqdir".
AFN xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O, həmçinin əlavə edib ki, qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq.