Qırğızıstan-Tacikistan sərhədində atışmada ölənlərin sayı 20 nəfərə çatıb
Qırğızıstan ilə Tacikistan sərhəddində aprelin 29-da baş verən silahlı münaqişə nəticəsində hər iki tərəfdən ölənlərin sayı 20 nəfərə çatıb.
“Report” “24.kg” saytına istinadən xəbər verir ki, Qırğızıstan tərəfdən 13, Tacikistan tərəfdən isə 7 nəfər ölüb.
Hər iki tərəfdən 150 nəfərdən çox yaralı var.
Qeyd edək ki, aprelin 29-da iki ölkənin sərhəd rayonlarının mülki vətəndaşları arasında başlamış insident sonradan qırğız və tacik hərbçiləri arasında silahlı toqquşmaya çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib.
Ötən gecə saatlarında hər iki ölkə atəşkəs elan etmək və silahlı qüvvələrini geri çəkmək barədə razılığa gəlib.