Alimpaşa Məmmədova qarşı irəli sürülən ittihamlar məlum olub
Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədova qarşı irəli sürülən ittihamlar məlum olub.
“Report”un xəbərinə görə, A.Məmmədov Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə o, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu gün məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.