Arif Quliyevin durumu ilə bağlı açıqlama
Xalq artistinin qızı Günel Quliyeva "Report"a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.
“Həkimlər atamın vəziyyətini ağır kimi qiymətləndirirlər. Səhhətində heç bir irəliləyiş yoxdur”, - o deyib.
Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub. O, hazırda “Yeni klinika”nın reanimasiya şöbəsində müalicə olunur.