YAP İdarə Heyəti MSK-ya namizədləri təsdiqlədi - SİYAHI

İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.
Həmin şəxslərin adlarını tqədim edirik:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Məsələ gələn həftə - aprelin 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.