Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
Bunu BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib.
Onun sözlərinə görə, Ramazan ayının olmasına baxmayaraq hər adam qaydalara riayət etmir: "Yəni hamı oruc tutmur və restoran və kafelərin işləməsi, insanların istirahət etməsi üçün gediş-gəliş etməsi daha çox narahatlıq doğurur.
Bu gün ən çox təmaslardan biri ictimai iaşə müəssisələrində qeydə alınır. Restoran, kafe və çay evlərində insanlar saatlarla maskasız orada oturur və əylənirlər. Ona görə ilk növbədə bu məsələyə nəzarət artırılmalıdır. Bu səbəbdən müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.
Bundan əlavə rayonlara gediş-gəliş də kontrol altına alınmalıdır. Əslində indiki epidemioloji vəziyyətdə gərək reyonlara gediş-gəliş bağlanardı. Bu, müəyyən qədər rayonlara infeksiyanın aparılmasını, rayonlardan isə Abşeron yarımadasına gətirilməsinin qarşısı alınsın".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik və qurumdan BAKU.WS-ə bildirildi ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən hər hansı qərar yoxdur. Hazırda rayonlara gediş-gəlişlə bağlı heç bir post qurulmayıb.