Masallı sakinini kafedə döyüb pulunu əlindən aldılar
Masallı rayonunda quldurluq hadisəsi olub.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib, 1 870 manat pulunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.Hüseynov və R.Nurəliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.