Masallıda mağazaya basqın: 11 min manat aparıldı




Masallıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib, quldurluq yolu ilə kassadakı 11 700 manat pulu aparmaqda şübhəli bilinən Musaküçə kənd sakini R.Şahverdiyev saxlanılıb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu