ATU-da 21, BDU-da 11 nöqsan aşkarlandı


Hesablama Palatası ötən il üzrə ali təhsil müəssisələrində aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.



AFN-in xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ali məktəblər arasında ən çox nöqsan Azərbaycan Tibb Universitetində ( 21 nöqsan) qeydə alınıb.

Sənəddə bildirilib ki, sonrakı yerdə Bakı Dövlət Universiteti (11 nöqsan) və Azərbaycan Dövlət İqtisad Universiteti (8 nöqsan) qərarlaşıb.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu