Şuşada qəzalı vəziyyətdə olan binalar sökülür


İşğaldan azad edilmiş Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.


İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən Azərtac-a verilən məlumata görə, işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aparılır.

Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.

Qeyd edək ki, sözügedən söküntü işləri ilə bağlı sosial şəbəkələrdə görüntülər də yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu