Qaxda polis reyd keçirdi, karantini pozanlar cərimələndi


Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax Rayon İcra hakimiyyəti və Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan AFN-ə verilən məlumata görə, reyd zamanı fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda yoxlamalar aparılıb.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı bəzi vətəndaşların qaydalara riayət etmədiyi aşkarlanıb.

Belə ki, əvvəllər dəfələrlə izahedici söhbətlər aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də analoji qayda pozuntularına yol verən sahibkarlara rast gəlinib. Həmin şəxslər barəsində polislər tərəfindən qanunvericiliyə uyğun tədbir görülüb.

"Həmçinin Polis Şöbəsində obyekt sahibləri və icarədarlarla görüş təşkil olunub ki, burada da Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar və göstərişlərə uyğun fəaliyyət göstərməyin vacibliyi onların diqqətinə çatdırılıb", - Mətbuat xidmətindən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu