Siyasi partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb

AFN-in xəbərinə görə, bu ilin əvvəlindən dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər partiyalar isə MSK-ya hesabat təqdim etməyib.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.