Azərbaycanlı avtoritetlər arasında atışma, ölən var - ADLAR, YENİLƏNDİ/VİDEO


Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışmanın bəzi təfərrüatları məlum olub.


AFN xəbər verir ki, atışma anı binalardan birindən həvəskar kamera ilə qeydə alınıb.

Atışma bir müddət öncə güllələnərək öldürülən Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba, Xarkov Fuad ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında gedib.

Nəticədə Naxçıvanlı Baba hadisə yerində ölüb, Xarkov Fuad isə yaralanıb.

Kriminal aləmdə yayılan söhbətlərə görə, bu hücum mərhum Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası kimi edilib. Məlumata görə, bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

Qeyd edək ki, Naxçıvanlı Baba peşəkar karateçi olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub.

****

İstanbulun Başakşehir rayonunda silahlı qruplar arasında baş verən atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.



AFN xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Bildirilib ki, ölənlərdən biri Azərbaycan, ikisi isə Rusiya vətəndaşıdır. Daha bir nəfər yaralanıb.

Məlumata görə, Başakşehir rayonun Bahçeşehir hissəsində martın 31-də yerli vaxtla saat 18 radələrində 6 xarici ölkə vətəndaşı arasında baş verən mübahisə sonradan atışma ilə nəticələnib. Nəticədə Rusiya vətəndaşları olan çeçen Z.N. və K.Y. güllə yarasından ölüblər. Azərbaycan əsilli R.R. yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada aldığı yaradan ölüb. M.Y. adlı yaralının isə vəziyyəti ağırdır.

Bildirilib ki, hadisə alış-verişlə bağlı mübahisədən sonra baş verib. Yaralının sözlərinə görə, onunla birlikdə Gürcüstanın 3 vətəndaşı da olub. Ancaq onlar hadisə yerindən qaçıblar. Polis həmin şübhəliləri axtarır.

Bölgədəki sakinlər hadisəni telefonla çəkiblər.

[media=https://youtu.be/UJW9QZxlXdY]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu