Gədəbəy sakinini elektrik cərəyanı vuraraq öldürüb
Bu barədə AFN-ə Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda fakt üzrə Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.