Balakəndə karantin qaydalarını pozan kafe aşkarlandı


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, vətəndaş Ramil İsmayılovun icarə əsasında işlətdiyi kafenin gecə saatlarında gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyektin icarədarı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb, həmçinin onunla profilaktik söhbət aparılıb, karantin qaydalarına riayət etməsinin vacibliyi diqqətə çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu