Ermənistanda son sutkada 24 nəfər koronavirusdan ölüb
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 185 020-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 24 nəfər artaraq 3 384-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 862 nəfərdir. İndiyədək 168 721 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 11 602 aktiv koronavirus xəstəsi var.