Ərdoğan: Türkiyə öz peyvəndini hazırlamayınca xaricdən vaksinlər alacaq


Türkiyə koronavirus əleyhinə öz peyvəndini hazırlamayınca xarici vaksinlərin idxalını davam etdirmək niyyətindədir.



“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının nəticəsinə görə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Hazırkı vaxta qədər təxminən 11,5 milyon vətəndaşımız COVID-19 əleyhinə peyvənd olunub. Türkiyə öz vaksini istifadəyə hazır olmayınca hələlik xarici vaksinlərin alınmasını davam etdirəcək", - Türkiyə lideri deyib.

Dövlət başçısı həmçinin bildirib ki, hökumət koronavirusla mübarizə çərçivəsində ölkədə qüvvədə olan bütün məhdudiyyətləri qüvvədə saxlamaq barədə qərar qəbul edib. Rəcəb Tayyib Ərdoğan qaydalara laqeyd qalmamağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu