Silahlı Qüvvələrdə törədilən cinayətlərin sayı açıqlanıb


“2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınan cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb".



"Report"un xəbərinə görə, bunu Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi-Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib.

Onun sözlərinə görə, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınan böyük ictimai təhlükə törətməyən cinayətlər 33,5%, az ağır cinayətlər 37,6%, ağır cinayətlər isə 39,9% azalıb:

"Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində 2020-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda qeydə alınan cinayətlərin 99,5 faizi açılıb.

2020-ci ildə qeydə alınan müxtəlif qəbildən olan cinayətlərin-qəsdən adam öldürmə cinayətlərinin, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətlərinin, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin və digər cinayətlərin dinamikasında 2019-cu illə müqayisədə azalma müşahidə olunub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu