FHN əməliyyat görüntülərini yaydı

Bu barədə AFN-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 7 nəfər xilas edilib, 4 nəfər yanğından təhlükəsiz əraziyə təxliyə edilib, 3 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.