FHN əməliyyat görüntüləri yaydı - VİDEO


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.



FHN-in Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, qəza-xilasetmə əməliyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu