STP rəhbərliyi Vətən müharibəsində iştirak etmiş əməkdaşlar ilə görüşüb


Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurası və İdarə Heyətinin üzvləri müəssisənin 2-ci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb.



STP-dən AFN-ə verilən məlumata görə, tədbirdə ilk öncə vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra şirkət rəhbərliyi əməkdaşlara öz ürək sözlərini çatdırıb. Müharibə dövründə hərbi qulluq etmiş əməkdaşlar da keçdikləri döyüş yolu və xatirələri haqda danışıblar. Hər bir əməkdaşa həm işdə, həm də cəbhədə göstərdiyi şücaətə görə STP komandası adından plaket və maddi dəstək təqdim olunub.

STP döyüşlər gedən zaman da cəbhədə olan əməkdaşlarının yanında olub, ailələrini ziyarət edərək ehtiyaclarını qarşılayıb və mənəvi dəstək göstərib. Şirkət rəhbərliyi və şirkətin kollektivi cəbhədə olmuş həmkarları ilə yaxından maraqlanır. Onların əmək fəaliyyətinə qayıtması, fiziki və mənəvi bərpa olması üçün STP maddi, mənəvi və tibbi yardımlarını əsirgəmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu