Hərbi təlimlər yeni müharibədən xəbər verir? - ŞƏRH
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Prezident İlham Əliyevin martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimlərin keçirilməsi ilə bağlı planını şərh edərkən deyib. Onun fikrincə, bu cür təlimlər ordu islahatından xəbər verir:
"Əvvəl gerçək olan, indi isə ehtimal edilən rəqib dövlət darmadağın edilib. Ermənistanın təkrar müharibə aparmağa nə imkanı, nə də iradəsi çatar. Azərbaycanda keçirilməsi nəzərdə tutulan təlimlərə gəlincə, ordu islahatı barədə açıq deyilib. Azərbaycan ordusu vaxti ilə sovet ordusu qəlibində qurulmuşdu. İndi isə biz Türkiyə ordusunun qəlibinə keçmişik. Onun üçün də təlimlərin keçirilməsi lazımdır”.
Zərdüşt Əlizadə bildirib ki, hazırda müxtəlif təşkilati kadr təyinatlarları verilir:
"Bu da lazımdır, burada qeyri-adi heç nə yoxdur”.
Qeyd edək ki,Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq