Rusiyada yol qəzası olub, 7 nəfər ölüb


Rusiyanın Samara vilayətində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Samara vilayəti Prokurorluğunun Mətbuat xidməti yayıb.

Bildirilib ki, martın 8-də vilayətin Volqa rayonunun Kurumoç qəsəbəsinin Samara-Tolyatti yolunun 8-ci kilometrliyində “Isuzu” yük avtomobili ilə “Volkswagen” minik maşını toqquşub.

Qəza yerində vilayət prokurorunun müavini Aleksey Pavlov da olub. Prokurorluq araşdırmaya başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu