Ermənistan ordusunun zabiti yol qəzasında ölüb


Ermənistanın Qırxbulaq mahalında yük maşını ilə “Nissan X-Trail” markalı minik avtomobilinin toqquşması nəticəsində Müdafiə Nazirliyinin 36 yaşlı zabiti Vigen M. hadisə yerində ölüb.



AFN.az xəbər verir ki, məlumatı “Shamshyan” yayıb.

Qəza sentyabrın 29-da səhər saatlarında Həştərək rayonun ərazisindən keçən avtomobil yolunda baş verib.

Yük avtomobilinin sürücüsü Hamlet X. xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu