FHN-in modul tipli xəstəxanasında daha bir ziyalımız vəfat etdi - FOTO
Daha bir ziyalımız koronadan vəfat edib.
AFN xəbər verir ki, Sabunçu rayonu 67 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Sura Xanlarova koronavirusa yoluxaraq vəfat edib. Mərhumun yaxınlarının saytımıza verdiyi məlumata görə, fevralın 1-də məktəbə gələn S.Xanlarova 2-dən etibarən xəstəliyi səbəbilə işə çıxa bilməyib. Bir müddət evdə müalicə alsa da, sonradan ailəsinin razılığı ilə FHN-in modul tipli xəstəxanasına yerləşdirilib: "Ora aparılanda vəziyyəti ağır olmayıb. Lakin xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra ailəsinə Sura müəllimənin reanimasiyaya qoyulduğu bildirilib. Elə orada da vəfat edib".
Qeyd edək ki, bir neçə gün öncə tarixçi alim Dilavər Əzimli də həmin xəstəxanada vəfat edib. Xanımı Arzu Qazıyeva həyat yoldaşının həkim biganəliyinin qurbanı olduğunu qeyd edib.
Allah hər iki ziyalımıza rəhmət eləsin!