Koçaryan müxalif hərəkata liderlik etməyi planlaşdırmır
Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan “Vətənin xilası hərəkatı”nın formatının yenidən nəzərdə keçirilməsini planlaşdırmır.
“Qafqazinfo” xəbər verir ki, Koçaryan bu barədə Rusiya KİV orqanları üçün təşkil olunan mətbuat konfransında açıqlama verib. O, sözügedən hərəkata liderlik etmək niyətində olmadığını və hərəkatın hazırki lideri Vazgen Manukyanın təcrübəli siyasətçi olduğunu bildirib.
Koçaryan hərəkatın vəzifəsinin hökuməti istefaya göndərmək və bir il sonra erkən seçki keçirtmək olduğunu xatırladıb.
Manukyan bu seçkilərdə iştirak etməyəcək. Bu mənada, Koçaryanın fikrincə, Ermənistanda bu qədər ciddi məsuliyyəti öz üzərinə götürməyə hazır olan siyasətçilər çox deyil.