Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı? - RƏSMİ AÇIQLAMA
![](https://baku.ws/uploads/posts/2021-03/1614777814_leo7jyy6cngpzl43ah2lwjvycy.jpg)
“Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”.
AFN “oxu.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
O qeyd edib ki, təhsil işçiləri vaksinasiya prosesi üçün könüllü olaraq müraciət edirlər:
“Vaksinasiyadan imtina edən müəllimlərə qarşı tənbeh və ya cəza olması barədə heç bir qərar yoxdur”.