“Arutyunyan Qarabağdakı erməniləri mitinqə aparır” -Erməni mediası
Separatçı Arayik Arutyunyan Qarabağ ermənilərinin Ermənistandakı mitinqə qatılması üçün külli miqdarda vəsait ayırıb. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, erməniləri baş nazir Nikol Paşinyanın mitinqinə aparmaq üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Bu məqsədlə 20 min dram xərcləndiyi bildirilir.
"Hazırda Ağdərədən ermənilərin İrəvana daşınması prosesini Arutyunyanın ən yaxın silahdaşı olan Aleksey Balayan həyata keçirir. Ona azı 1000 nəfər toplamaq tapşırılıb", - deyə erməni KİV-ləri yazıb.