Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb
Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını “Report”a təsdiqləyib:
“Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.