Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev xüsusi karantin rejimi qaydalarını pozub.
İ.Musayev xüsusi karantin rejimi qaydalarını pozduğu üçün o, Xaçmaz rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində protokol tərtib edilib.
Xəbəri Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İ.Musayev təsdiqləyib. O, bildirib ki, polis əməkdaşları onunla profilaktik söhbət aparıb. Sonra o, sərbəst buraxılıb.(Unikal.org)