Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, komissiyanının növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, son günlər komissiya üç iclas keçirib və daxil olan müraciətlərdən 350-dən çoxuna baxılıb.