Ermənistanda itaətsizlik aksiyası davam edir: Küçələri bağlandı
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyası keçirənlər səhər saatlarından paytaxt Yerevanın bir neçə küçəsini bağlayıblar.
Qaynarinfo "RİA Novosti”yə istinadən xəbət verir ki, 17 siyasi partiyanın formalaşdırdığı "Vətənin Xilası Uğrunda Hərəkat”ın tərəfdarları Yerevanın Verin Antarain və Saralanc küçələrinin kəsişməsini bağlayıblar.
Onlar "Nikolsuz Ermənistan!” şüarını səsləndirərək küçələri avtomobil və "canlı divar”la kəsiblər. Şəhərin başqa küçələrində də oxşar aksiyalar keçirilib.
Aksiya iştirakçıları bir müddət sonra küçələri açıblar.