Rusiyada son sutkada 12604 nəfər koronavirusa yoluxub


Rusiyada son sutka ərzində daha 12 604 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.



AFN xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 177 330 nəfərə çatıb.

Son sutka ərzində 337 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 83 630 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu