ABŞ və İsrail yeni hava hücumundan müdafiə sistemi qurur
İsrailin Raket Hücumundan Müdafiə Xidməti və ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyi “Arrow-4” (“Hetz-2”) sisteminin yenilənməsinə başlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyindən bildiriblər.
Bu, növbəti onilliklər ərzində “Hetz-2”ni əvəz edəcək rakettutma sisteminin yeni nəslidir.
Baş podratçı İsrail Aviasiya Sənayesinin Müdafiə Konsernidir.
Xatırladaq ki, “Hetz-2” raket müdafiə sistemi İsrailin silah arsenalında 2000-ci ildən, “Hetz-3” raket hücumundan müdafiə sistemi isə 2017-ci ildən xidmətdədir.