BŞİH-nin sevimli şirkəti: “Az-Tex-İmport”a 6 milyon 426 min manat!
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti "Az-Tex-İmport” MMC ilə 2 satınalma müqaviləsi bağlayıb.
Mənzil-Kommunal Təsərrüfatı Birliyi məbləği 980 min 914 manat və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məbləği 912 min 280 manat olan nəqliyyat və xüsusi texnikaların satınalınması ilə bağlı müqavilələr imzalayb.
Hər iki müqavilədə 3 ədəd xüsusi texnikanın alınması nəzərdə tutulsa da, xüsusi texnika dedikdə nəyin nəzərdə tutulduğu açıqlanmayıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyətin 19.07.2017-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 226 010.00 manat olan MMC-nin hüquqi ünvanının Baki şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290, qanuni təmsilçisinin İbadullayev Samir Sahib oğlu olduğu qeyd olunub.
Samir İbadullayevin qanuni təmsilçisi olduğu daha bir şirkət var. Amma həmin şirkət başqa ünvanda qeydiyyata alınıb. Belə ki, 6 oktyabr 2016-ci il tarixdə yaradılan Arletta MMC-nin hüququ ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR ev 66 m.25 göstərilib.
"Az-Tex-İmport” şirkəti keçən ilin apel ayından başlayaraq dövlət satınalmalarında iştirak edir. 9 ay ərzində 10 tender qazanıb və bu tenderlərin 8-ni Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumlar keçirib. Bu isə o deməkdir ki, "Az-Tex-İmport” BŞİH-dən 6 milyon 426 min manat alacaq.
Şirkətin udduğu daha 2 tenderi isə BAKUBUS və BNA keçirib. Belə ki, BAKUBUS-un 27 aprel 2020-ci il tarixində keçiridiyi və məbləği 2 milyon 888 min 493 manat 69 qəpik olan satınalma, BNA-nın 24 sentyabr 2020-ci il tarixində keçirdiyi və dəyəri 294 min 900 manat olan satınalma "Az-Tex-İmport”a verilib.