Gürcüstanda azərbaycanlılar yaşayan kənddə döyülmə olub, saxlanılan var


Gürcüstanın Kaxeti bölgəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 1978-ci il təvəllüdlü şəxs saxlanılıb.




AFN “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, həmin şəxs bu il fevralın 4-də cinayət ortaqları ilə əvvəldən mövcud olan fikir ayrılıqları səbəbindən Laqodexi bələdiyyəsində azərbaycanlıların yaşadığı Qabal kəndinin 1973-cü il təvəllüdlü sakininə xəsarətlər yetirib. Zərər çəkən şəxs xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alıb.

Cinayətdə əli olan digər şəxslərin müəyyən olunması üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu