Nazirlik “Aztelekom”a yeni baş direktor təyin edilməsi xəbərini təkzib etdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri heç bir rəsmi sənəd imzalamayıb.
Qeyd edək ki, Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra etməkdə davam edir.