Ermənistanda daha 11 nəfər koronavirusdan ölüb
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 568-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 3 107-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 779 nəfərdir. İndiyədək 159 045 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 637 aktiv koronavirus xəstəsi var.