2837 şəhidin ailə üzvünə pensiya, müavinət və təqaüd təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərindən biri də Vətən müharibəsi şəhidlərinin ailələrinə sosial ödənişlərin təyin olunmasıdır.
AFN xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.
Müharibədən sonra şəhid ailələrinin üzvlərinin sosial təminat hüquqlarının reallaşdırılması işlərinin operativ təşkili üçün DSMF-də xüsusi işçi qrup yaradılıb, əməkdaşlar səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciəti olmadan və zəruri sənədlər Fond tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla ödənişlərin elektron qaydada, proaktiv şəkildə təyinatı həyata keçirilib.
Proses artıq başa çatmaqdadır.