İlham Əliyev və Mehriban Əliyeva Yasamalda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər
![](https://static.report.az/photo/14d83625-0eaf-3cbe-bf1c-a361a77f4c00_850.jpg)
AFN xəbər verir ki, dövlət başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarılıb.
Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.