Əhməd Əhmədzadə sevimli şirkətinə bu dəfə 30 milyon manat ayırdı - FOTO


"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus Füzuli Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün nəzərdə tutulmuş Sair torpaq, tikili və avadanlıqların cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.



Qiyməti 29 milyon 933,995 min manat olan tenderin qalibi "Sevinc-96" MMC olub.

Qeyd edək ki, "Sevinc-96" MMC təkcə bu ilin yanvar ayında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin qurumları tərəfindən keçirilən 10 tenderin qalibi olub.

Şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxiyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsus olduğu deyilir.

Qurban Abbasovun şirkətləri davamlı olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanırlar. (Qaynarinfo)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu