Operativ Qərargah kütləvi imtahanların keçirilməsinə icazə verməyəcək
Ən kütləvi imtahanlar aprel- sentyabr aylarında olacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzinin bu gün keçirilən mətbuat konfransında DİM sədri Məleykə Abbaszadə deyib.
O, qeyd edib ki, aprel ayında buraxılış imtahanları keçiriləcək:
"İmtahanlara bir ay qalmış dəqiq tarixlər elan ediləcək. Hələ ki, vaxt var.
Ola bilər, kütləvi imtahanların keçirilməsinə Operativ Qərargah tərəfindən icazə verilməsin. Bu zaman imtahanlar növbəti ayda – may ayında keçiriləcək”.