Avropanın elektrik təminatında bərpa olunan enerji ilk sıraya yüksəlib
Ötən il Avropanın elektrik enerjisi təminatında bərpa olunan enerji mənbələri ilk dəfə birinci yerə çıxıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Ember və Agora Energiewende” araşdırma təşkilatının analizində bildirilib.
Məlumata görə, pandemiya məhdudiyyətləri enerji tələbini azaltdığı hesabat dövründə, tədarükdə azalma əsasən daha bahalı fosil yanacaqlarda yaşandı.
Bununla belə, Avropanın 2030-cu ilə qədər karbon emissiyası 1990-cı ildəki səviyyəsi ilə müqayisədə 55 % azaltmaq hədəfinə çatmaq üçün bərpa olunan enerji mənbələrindən istifadəni 2 dəfə artırılmalıdır.
Qurumun araşdırmalarına görə, ötən il Avropa Birliyində elektrik enerjisi istehsalının 38 %-i bərpa olunan mənbələrdən əldə edilib ki, bu göstərici, 2019-cu ildə 34 % səviyyəsində idi. Eyni dövrdə Avropada fosil yanacağın payı 37 % olub.
2020-ci ildə Avropada külək və günəş stansiyalarında istehsal edilən elektrik enerjisinin həcmi 2019-cu illə müqayisədə 10 dəfə artıb. Kömür hasilatı 20 %, təbii qaz hasilatı isə 4 % çivarında azalıb.