Nazir müavini: "Kəlbəcərdə ekoloji monitorinqlər davam etdirilir"


"İşğaldan azad olunmuş Kəlbəcər rayonunda keçirdiyimiz monitorinqlər, apardığımız müşahidələr olduqca acınacaqlı vizual mənzərələrlə yadda qalıb".



"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin əməkdaşlarının Qarabağ bölgəsində keçirdikləri monitorinqlər barədə açıqlamasında bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi və bərpa planlarının dəqiqləşdirilməsi məqsədilə keçirilən monitorinqlər çərçivəsində ərazilərimizin ekoloji vandalizmə məruz qaldığı bir daha təsdiqlənib: "İlkin müşahidələr göstərir ki, Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub. Ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır. Bölgədə ekoloji monitorinqlər davam etdirilir, ətraf mühitə, meşə fonduna, təbii sərvətlərə dəymiş ziyanın hesablanması, qiymətləndirilməsi aparılır və nəticələr barədə müvafiq qurumlara hesabatlar təqdim olunacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu